- Köhnə - Hadisə
- 3 Avqust 2014 21:42
- 2 773
Bir ailənin 4 üzvü Kürdə batdı
Qazax Rayon İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib.
Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür sayının kənarına gedib. Onun oğlu, 1998-ci il təvəllüdlü Rafiq Civişov ehtiyatsızlıqdan çayda batıb.
Anası, 1969-cu il təvəllüdlü Pərvanə Civişova onu xilas etmək üçün suya girib. Onun ardınca Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini suya atıblar.
Hər 4 şəxs Kür çayında batıb. Onları xilas etmək mümkün olmayıb.
Əraziyə gələn FHN-in "ARAN" Dalğıc Axtarış qrupu Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar.
İki qızın axtarışları davam edir.
AzNews.az