Ermənilər jurnalistlərimizi yenidən atəşə tutdu - FOTO

Bu dəqiqələrdə Ermənistan ordusu Tovuz rayonundakı mövqelərimizi yenidən atəşə tutub. AzNews.az xəbər verir ki, düşmən ordusu hazırda rayonun Əlibəyli kəndini dayanmadan atəşə tuturlar. Bildirilir ki, ermənilərin əsas hədəfi əraziyə ezam edilmiş jurnalistlərdir. Bu barədə ANS telekanalının döyüş bölgəsindəki müxbiri Natiq Nailəoğlu da Facebook hesabında yazıb. Jurnalist qeyd edib ki, hazırda atışma davam edir və onlar bir evin divarına sığınıblar.



İntiqam Valehoğlu
AzNews.az