Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinə tələbə köçürməsilə bağlı şok müraciət göndərib. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinə tələbə köçürməsilə bağlı şok müraciət göndərib.

TQDK ilə bağlı daha bir şok ittiham- Nazirin də adı hallandı

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinə tələbə köçürməsilə bağlı şok müraciət göndərib.


AzNews.az xəbər verir ki, "Azadlıq"a daxil olan məlumatda deyilir ki, həmin müraciətdə 3000 tələbənin köçürmə adı ilə qanunsuz yolla Azərbaycandakı bəzi ali məktəblərə qəbulundan söhbət gedir.

Müraciətdə xüsusilə Azərbaycan Beynəlxalq Universitetinə, Müstəqil Azərbaycan Universitetinə, İctimai-Siyasi Universitetə, Gəncə Təhsil Mərkəzinə daxil olan Məhsəti adına Universitetə, Tovuz Texniki Universitetinə köçürmə adı altında qanunsuz qəbullar edildiyi vurğulanır.

TQDK-nın araşdırması nəticəsində bəlli olub ki, Rusiyadakı ali məktəblərdən köçürmə adı altında Azərbaycandakı təhsil ocaqlarına yerləşdirilən həmin 3000 tələbənin əhəmiyyətli hissəsinin heç xarici pasportu yoxdur. Pasportu olanların isə sənədində giriş-çıxış qeydi yoxdur. Bu da həmin tələbələrin köçürmə adı altında qanunsuz olaraq Azərbaycandakı ali məktəblərə qəbul olunduğunu göstərir. Bu isə o deməkdir ki, həmin tələbələrin diplomları saxtadır.

Məlumatda deyilir ki, Təhsil Nazirliyində köçürmə prosesinə məsul olan İlyar Vahabov və digər vəzifəli şəxslər TQDK-nın müraciətinin qurbanı ola bilərlər.

AzNews.az