“VAZ 2107” iki piyadanı vurdu

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomaşın yolun kənarında dayanan iki qadını vurub. Qəza nəticəsində Xaçmaz rayonu, Qusarçay kənd sakinləri, 1953-cü il təvəllüdlü Piriyeva Güllü Qəzənfər qızı və 1956-cı il təvəllüdlü Qədirova Qızbəs Nurbala qızı ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az