Ana və üç yaşlı övladı itkin düşdü- FOTO

Zaqatala rayonunda qadın üç yaşlı övladı ilə birgə itkin düşüb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Car kənd sakini Samirat Nurəddin qızı Qarayeva avqustun 14-də RPŞ-yə yazılı müraciət edərək bildirib ki, Çökək kəndində ərdə olan qızı - 1991-ci il təvəllüdlü Ruqiyyət Şaban qızı Quliyeva və onun azyaşlı övladı 2011-ci il təvəllüdlü Üneysət Rövşən qızı Quliyava avqust ayının 12-si tarixində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Avqustun 14-dən onların axtarışına başlanılıb. Hazırda axtarışlar davam etdirilir. Samirat Qarayevanın verdiyi məlumata görə, qızı ailə qurduqdan sonra əri Rövşən Quliyevlə birlikdə bir müddət Rusiya Federasiyasının Perm şəhərində yaşayıb. Hazırda R. Quliyev Permdə işləyir.


AzNews.az