Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailəsində baş verən faciəli qəzanın törədilməsində təqsirli bilinən Xalid Mədətovun məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailəsində baş verən faciəli qəzanın törədilməsində təqsirli bilinən Xalid Mədətovun məhkəməsi keçirilib.

“Bizə faciə yaşadana ən ağır cəza verildi” - Xalq artisti

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailəsində baş verən faciəli qəzanın törədilməsində təqsirli bilinən Xalid Mədətovun məhkəməsi keçirilib.



Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Bununla da Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xalq artisti Ağasəlim Abdullayev AzNews.az-a deyib ki, o, hakimin verdiyi qərardan razı qalıb: "Dövlətimin qanunu var. O qanun yerini tapdı. Cinayətkara ən ağır cəza verildi. Onun ittiham olunduğu maddədə 7 ildən 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası göstərilirdi. Hakim də 12 il verdi. Ailəm adından dövətin qanununun başında dayanan şəxslərə minnətdarlıq edirəm."

Qeyd edək ki, bu il martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Vüqar Ağasəlim oğlu Abdullayevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə Xalid Mübariz oğlu Mədətovun sürdüyü markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib. O, Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Xalid Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra o, ölkə prezidentinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.



Bahar Rüstəmli
AzNews.az