- Köhnə - Hadisə
- 15 Sentyabr 2014 20:34
- 2 242
Avtomobil piyadanı vuraraq öldürdü- Şəkidə

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax yolunun, Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1979-cu il təvəllüdlü, Zaqatala rayon sakini Elməddin Abakər oğlu Qacayev idarə etdiyi "Merсedes Vito" markalı, 62 BH 850 dövlət nömrə nişanlı mikroavtobusla Şəki şəhəri istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada 1977-ci il təvəllüdlü, Şəki rayonu Aşağı Göynük kənd sakini 1977-ci il təvəllüdlü Faiq Hüseyn oğlu Tahirovu vurub.
Faiq Tahirov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində ölüb. Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
AzNews.az