- Köhnə - Hadisə
- 16 Sentyabr 2014 15:38
- 1 957
Bu yoldan keçməyin

Bayraq meydanı avtomobil yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılacaq.
ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, bu gün saat 22:00-dan etibarən Səbail rayonu Bayraq meydanı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasına səbəb yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.
AzNews.az