- Köhnə - Hadisə
- 23 Sentyabr 2014 11:54
- 3 217
AFFA klubları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AzNews.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın 6-cı turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan Premyer Liqasının VI turunun "İnter" – "Bakı" matçının 30-cu dəqiqəsində "Bakı" klubunun məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VI turunun "Sumqayıt" – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VI turunun "Qəbələ" – "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AzNews.az