- Köhnə - Hadisə
- 25 Sentyabr 2014 11:25
- 4 807
Daşkəsəndə traktor aşdı - ölən var

Daşkəsən rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 15 radələrində Daşkəsən rayonunun Mollahəsənli kəndində kənd sakini Elşad Paşayev idarə etdiyi "T-16" markalı traktoru aşırıb. Nəticədə sürücü E.Paşayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.