Goranboy rayonunun Veyisli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Goranboy rayonunun Veyisli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Goranboyda dəhşətli qəza- 1 ölü

Goranboy rayonunun Veyisli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan və hazırda Goranboy rayonunda məskunlaşan 38 yaşlı Elçin Ələsgərov idarə etdiyi "VAZ 2172" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Qəza nəticəsində E.Ələsgərov elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Pols Şöbəsində araşdırma aparılır.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbə yüksək sürət olub.

AzNews.az