"Zəlzələdən sonar rabitə qəza briqadalarımız kəndlərdə rabitənin ümumi vəziyyətini yoxlayır. Birləşdirici xətlərdə hər hansı problem yoxdur” "Zəlzələdən sonar rabitə qəza briqadalarımız kəndlərdə rabitənin ümumi vəziyyətini yoxlayır. Birləşdirici xətlərdə hər hansı problem yoxdur”

Zəlzələ rabitə sisteminə ziyan vurmayıb - Açıqlama

"Zəlzələdən sonar rabitə qəza briqadalarımız kəndlərdə rabitənin ümumi vəziyyətini yoxlayır. Birləşdirici xətlərdə hər hansı problem yoxdur”



Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu sözləri Qəbələ Telekommunikasiya qovşağının rəisi Şahin Tağıyev deyib.
O bildirib ki, bütün qüvvələr səfərbər edilib. " Blıq kənd EATS-nin binasında çatlar əmələ gəlib. Laza kənd EATS-də də bəzi problemlər var. Ümumilikdə vəziyyət yaxşıdır. Rabitə tam nəzarətdədir. Rayon rabitəsi dairəvi rabitə sisteminə qoşulduğundan Bakı və digər rayonlarla çıxışında hər hansı problem yaşana bilməz. Bir istiqamətdə rabitə kəsilsə, digər istiqamətdə rabitə avtomatik bərpa olunur".
Qeyd edək ki, bu gün Qəbələdə ardıcıl üç zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərdə deyilir ki, yeraltı təkanlar 06:38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub. Qəbələdə digər zəlzələ yerli vaxtla 08:55-də və 09:19-da baş verib.


AzNews.az