Bakı şəhərinin Sabunçu rayonunda “VAZ” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Bakı şəhərinin Sabunçu rayonunda “VAZ” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Bakıda ağır qəza - 4 ölü

Bakı şəhərinin Sabunçu rayonunda “VAZ” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.



AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişini hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədlərini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.


AzNews.az