- Köhnə - Hadisə
- 30 Sentyabr 2014 08:46
- 4 057
Hərbçilərimiz Serbiyaya gedəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 1-dən 2-dək Belqrad şəhərində (Serbiya) Əməliyyat İmkanları Konsepsiyası, qiymətləndirmə və rəy proqramı üzrə illik konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.