Qobustanda dəhşətli yol qəzası baş verib. Qobustanda dəhşətli yol qəzası baş verib.

Qobustanda dəhşətli qəza- 1 ölü, 8 yaralı

Qobustanda dəhşətli yol qəzası baş verib.


APA - nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı- Şamaxı-Yevlax yolunun 83-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Sərnişin daşıyan "Ford" markalı mikroavtobus, VAZ 2107 və VAZ 21099 markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölən şəxs VAZ 2107 markalı minik avtomobilinin sürücüsü, Qobustan rayon sakini 25 yaşlı Hünər Mehrəliyevdir. Xəsarət alanlar isə 26 yaşlı Səməndar Rəbiyev , 22 yaşlı Bəhrəm Dəmirov, 41 yaşlı Nailə Məmmədova, 20 yaşlı Südabə Əliyeva, 50 yaşlı Arzu Abdullayeva, 56 yaşlı Rafiq Adigözəlov, 23 yaşlı Zeyvur Ağamaliyeva və 25 yaşlı Nəriman Məmmədovdur. Onlar Qobustan rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisənin baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

AzNews.az