Xətai rayonunda iki “MAN” markalı yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərindən biri ağır deformasiyaya uğrayıb. Xətai rayonunda iki “MAN” markalı yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərindən biri ağır deformasiyaya uğrayıb.

Bakıda 2 “MAN” yük avtomobili toqquşdu – Yaralı var

Xətai rayonunda iki “MAN” markalı yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərindən biri ağır deformasiyaya uğrayıb.




AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az