Moskva ətrafında xüsusi təyinatl polis qüvvələri (“Spesnaz”) hələlik adı açıqlanmayan zəngin Azərbaycan vətəndaşının malikanəsinə basqın edib. Moskva ətrafında xüsusi təyinatl polis qüvvələri (“Spesnaz”) hələlik adı açıqlanmayan zəngin Azərbaycan vətəndaşının malikanəsinə basqın edib.

Rusiyanın xüsusi təyinatlıları azərbaycanlının villasına basqın etdi

Moskva ətrafında xüsusi təyinatl polis qüvvələri (“Spesnaz”) hələlik adı açıqlanmayan zəngin Azərbaycan vətəndaşının malikanəsinə basqın edib.



AzNews.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının yaydığı məlumatda ortada şok cinayət hadisəsinin olduğu bildirilib.

57 yaşlı həmin Azərbaycan vətəndaşı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) 24 yaşlı azərbaycanlı tələbəsinin qətlini sifariş verməkdə ittiham olunur.

Həmin tələbə azərbaycanlı zənginin qohumu ilə nikahdankənar münasibətlərdə olub. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Moskvada qisas zəminində sifarişli qətl cəhdinin üstü açılıb.

Məlumata görə 2013-cü ilin dekabrında 57 yaşlı Moskva sakini, Azərbaycan vətəndaşı iki tanışı ilə MQİMO-nun 24 yaşlı azərbaycanlı tələbəsini qətlə yetirmək məsələsində anlaşıb. Cinayətin motivi tələbənin həmin azərbaycanlının yaxın qohumu olan qızla nikahdankənar münasibətləri olub.

Şübhəlilər qətli həyata keçirmək üçün öz aralarında rolları bölüşdürüblər və 2014-cü il, fevralın 3-də cinayətin 30 yaşlı təşkilatçısı potensial qurbanla görüş barədə razılaşıb, bu yolla onu küçəyə çıxarıb.

Cinayətin icraçısı tələbəni Moskvanın şərqindəki Pervomaysk küçəsində gözləyib və ona yaxınlaşaraq atəş açmaq istəyib. Bu zaman tələbə ilə killer arasında əlbəyaxa süpürləşmə olub. Killer tapançadan beş dəfə atəş açaraq tələbəni əlindən, qarnından yaralayıb. Bundan sonra qaçaraq gizlənməli olub.

Bu sui-qəsdlə bağlı cinayət işi qaldırılıb. Moskva polisinin cinayət-axtarış bölməsinin əməkdaşları və müstəntiqlər tezliklə cinayətin təşkilatçısının və sifarişçisinin izinə düşə biliblər.

Oktyabrın 7-də cinayətin təşkilatçısı və sifarişçisi Moskvanın Domodedovo rayonunda və Moskva ətrafındakı Lyubertsada xüsusi təyinatlıların köməyi ilə saxlanılıb. Xəbərdə bildirilir ki, Lyubertsada, zənginlərin yaşadığı Yar qəsəbəsində iki oğlu ilə birlikdə malikanədə yaşayan sifarişçi xüsusi təyinatlılara silahlı müqavimət göstərib.

Əməliyyatçılar xüsusi təyinatlıların dəstəyi ilə səhər tezdən onun yaşadığı malikanəni mühasirəyə alıblar. Lakin şübhəlinin qohumlarından biri malikanənin pəncərəsindən avtomatik karabindən polislərə rast gələ atəş açmağa başlayıb. Xüsusi təyinatlılar bundan sonra ildırım sürəti ilə malikanəyə basqın edərək şübhəliləri zərərsizləşdiriblər. Əməliyyat zamanı evdəkilərdən və polislərdən xəsarət alan olmayıb. Virtualaz.org saytı MQİMO-nun azərbaycanlı tələbəsinə sui-qəsdin necə baş verdiyini dəqiqləşdirib.
Rusiya KİV-lərində bu hadisə haqda yer alan məlumatda deyilir ki, bu il fevralın 4-də Moskvada naməlum killer prestijli "Mercedes-Benz S500" markalı avtomobilin sükanı arxasında olan MQİMO tələbəsini güllələyib. Xəbərdə həmin tələbənin "iri biznesmen" olduğu və "Cənubi Qafqaz respublikalarından birinin vətəndaşlığını daşıdığı" bildirilir. Belə görünür ki, tələbənin kimliyinin açıqlanmaması üçün böyük səy göstərilib. Ona görə də heç bir mənbədə onun adına rast gəlinmir.

Məlumatda deyilir ki, naməlum şəxs tapançadan "Mercedes"in yan şüşəsindən sükan arxasında olan MQİMO tələbəsinə beş dəfə atəş açıb, o, ağır yaralansa da sağ qalıb. MQİMO tələbəsinin "Mercedes"i İnsident Pervomaysk küçəsi, 112 ünvanında yerləşən çoxmərtəbəli binanın qarşısında baş verib. Hadisə yerindən çəkilmiş kadrlardan görünür ki, "Mercedes" binanın girişlərindən birinin qarşısında park edibmiş.

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, killer başqa avtomobillə "Mercedes"i təqib edib və binanın qarşısında ona atəş açıb.

MQİMO tələbəsi ağır vəziyyətdə Sklifasovski adına kliniki xəstəxanaya çatdırılıb və onun üzərində təcili əməliyyat aparıb. Hadisənin baş verdiyi yerə az sonra əməliyyatçılarla birlikdə Moskvanın Şərq inzibati dairəsi üzrə polis rəisi Sergey Plaxix də gedib. Bu detal güllələnənin nə dərəcədə mühüm şəxs olduğuna dəlalət edirdi. Jurnalistlərin bütün israrlarına baxmayaraq nə xəstəxanadan, nə polisdən MQİMO tələbəsinin kimliyi haqda heç bir məlumat verməyiblər. Yalnız onu dəqiqləşdirmək mümkün olub ki, o, MQİMO-nun sahibkarlıq fakültəsinin V kursunda oxuyur və özü də iri biznesmendir.