- Köhnə - Hadisə
- 13 Oktyabr 2014 10:41
- 2 453
Bakı sakini həmyerlisini qətlə yetirdi
Bakıda qətl törədilib.
AzNews.az xəbər verir ki, bu məlumatı Xəzər rayon Polis İdarəsi Apa-ya verib.
Xəbərdə deyilir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranmış mübahisə zəminində həmyerlisi Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb.
A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.