- Köhnə - Hadisə
- 17 Oktyabr 2014 08:00
- 2 864
Bakıda qəza - Qadın sürücü öldü, jurnalist ağır xəsarət aldı
Dünən axşam Bakıda ağır yol qəza hadisəsi baş berib.
Axar.az-ın "Cəbhə xətti" layihəsinin müəllifi Nihad Cəbrayıl Qarabağ savaşının iştirakçısı olan növbəti xanım qazilərlə müsahibədən qayıdarkən ağır qəzaya düşüb. Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, xanım qazilər N.Cəbrayılı evinə düşürmək üçün "NAZ Lifan" markalı avtomobillə gələrkən böyük sürətlə hərəkət edən "Cip" markalı avtomobil onların üstündən keçib.
Qazilərin çox ağır durumda olduğu bildirilir.
Hadisəni törədən "Cip" sürücüsü qəza yerindən qaçıb.
***
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qəza Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzinin qarşısında baş verib. Şahidlər qəza zamanı xanım qazilərdən birinin öldüyünü bildiriblər.