Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəza törədib. Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəza törədib.

Sərnişin avtobusu tuneldə qəza törətdi - FOTOLAR

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəza törədib.



Movqe.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Binəqədi-"Gənclik" metrostansiyası istiqamətində hərəkət edən 133 saylı avtobus Azadlıq prospektində tuneldə hərəkət edərkən bardürə çırpılıb.Yüksək sürətlə hərəkət edən avtobus daha sonra qarşıda hərəkət edən avtomobilə çırpılıb. Nəticədə zəncirvari qəza baş verib. Qəzadan təşvişə düşən sərnişinlər avtobusdan boşaldılıb.

Movqe.az avtobus xətinin sahibkarı, "Çinar Trans" MMC-nin rəhbəri Etibar Manafovla əlaqə saxlasa da, cəhdlərimiz alınmadı. E. Manafovun mobil telefonuna zəng çatmayıb. Xatırladaq ki, bu 133 saylı avtobusda son günlər baş verən ikinci qəza hadisəsidir. Ötən ay bu xətin sürücüsü Valid Məmmədov iki piyadanı vurmuşdu. Nəticədə sərnişinlərdən birinin, Samir Həsənovun dalağını çıxarıblar, qabırğaları sınıb, ciyəri dağılıb.
image description image description image description