Bloqçu Əbdül Əbilov əfv ərizəsi yazıb. Bloqçu Əbdül Əbilov əfv ərizəsi yazıb.

Daha bir müxalifətçi prezidentdən əfv istədi

Bloqçu Əbdül Əbilov əfv ərizəsi yazıb.



AzNews.az xəbər verir ki, onun anası Nurcahan Əbilova dekabrın 1-də "Media forum" saytına deyib ki, oğlu prezident İlham Əliyevə müraciət edərək əfv istəyib: "Oğlumla axırıncı dəfə noyabrın 16-da görüşmüşəm. Üç ay idi görüş verilmirdi. Nəhayət, üzbəüz görüşə bildim. Səhhəti yaxşı idi. Əbdül dedi ki, əfv ərizəsi yazıb...".

Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Bloqçu narkotik alverində təqsirli bilinib. Bu il mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Noyabrın 17-də Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.