Bakı Ağır Cinayətlər Məhkəməsində ögey oğlunu öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində ögey oğlunu öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ögey oğlunu öldürən ataya- 16 İL HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey oğlunu öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə A. Hüseynov 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 30-da Buzovna qəsəbəsi Aydın Xəlilov küçəsi döngə 2, ev 7 ünvanında qeydə alınıb. Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlu, oğulluğu, 1981-ci il təvəllüdlü Həsənov Samir Maşallah oğlunu bıçaqlayıb. Ağır bədən xəsarətləri almış Samir Həsənov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətmiş ata saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində törədilib.