Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Motosklet qəzasında ölənin kimliyi məlum oldu

Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.



AzNews.az APA-ya istinadən xəbər verir ki,qəza "Honda" markalı motoskletin arxadan "Shevrolet" markalı maşına çırpılması nəticəsində baş verib. "Shevrolet" ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub.

Motoskletdə olan kişi sürücü ağır yaralanıb, onun sərnişini Nərmin Əliyeva isə hadisə yerindəcə ölüb.

Motoskletin sürücüsü, 1993-cü il təvəllüdlü Qurbanlı Hüseyn Qurban oğlu isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motoskletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib: "Əvvəlcə motoskletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb".