- Köhnə - Hadisə
- 18 Fevral 2015 08:46
- 2 283
Bərdədə bu gecə 5 otaqlı ev yandı
Bərdə rayonunda bu gecə 5 otaqlı ev yanıb.
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 13 km aralıda yerləşən Saatlı kəndində qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin iki otağının tavanı 62 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hıssəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.