- Köhnə - Hadisə
- 20 Fevral 2015 19:19
- 3 382
Qusarda kafe yandı
Qusarda yanğın baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 30 km aralıda yerləşən Samur qəsəbəsində baş verib.
Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan kafenin yanar konstruksiyaları və içərisindəki əşyalar 42 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.