Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib, 18 maşın toqquşub, xəsarət alan var. Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib, 18 maşın toqquşub, xəsarət alan var.

Bakıda dəhşətli qəza - 18 avtomobil toqquşdu

Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib, 18 maşın toqquşub, xəsarət alan var.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Əsəd Əhmədov küçəsində baş verən qəzaya səbəb daşla yüklü ZİL markalı yük avtomobilinin əyləc sistemində yaranan problem olub.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Onun 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığı bildirilir.

Qəza baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir.