Bakının Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından, yəni metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi şəhər istiqamətində nəqliyyatın hərəkəti üçün tam bağlanıb. Bakının Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından, yəni metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi şəhər istiqamətində nəqliyyatın hərəkəti üçün tam bağlanıb.

Bakı kəndlərindən şəhərə gələnlərin işi çətinləşdi

Bakının Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından, yəni metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi şəhər istiqamətində nəqliyyatın hərəkəti üçün tam bağlanıb.



Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yol aprelin 3-dən 4-nə keçən gecə bağlanıb. Buna səbəb Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində prospekt boyu nəzərdə tutulan təmir və abadlıq işlərinin aparılmasıdır.

Bu müddət əzində sürücülərə prospektin köməkçi yollarından, Bakının ətraf kənd və qəsəbələrindən şəhər istiqamətinə gələnlərə isə Aeroport-Hövsan beton yolundan istifadə etmələri tövsiyə olunur: "Mərdəkan, Buzovna, Şüvəlan, Zirə, Binə, Qala, Zuğulba, Pirallahıdan şəhər istiqamətinə gələn sürücülərə Aeroport-Hövsan beton yolu ilə hərəkət etmələrini tövsiyə edirik".