Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb. Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.

Azərbaycanın şimal rayonlarına qar yağdı

Azərbaycanın şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, Quba rayonunun Xınalıq kəndinə 10 sm, Qırız yaşayış məntəqəsinə 10 sm, Qonaqkənd, Nohurdüzü, Rük və Susaya isə 3-4 sm qar düşüb.

Qusar rayonunun Ləzə kəndində də 3 sm qalınlığında qar qeydə alınıb.

Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, temperatur bəzi yaşayış məntəqələrində mənfi 3-4 dərəcəyə düşüb.

Yağıntılı hava şəraiti aprelin 14-dək davam edəcək.