- Köhnə - Hadisə
- 5 May 2015 13:09
- 3 480
Milli Parkda narkotik becərilib
Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.
Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.