Bakı şəhərində birmərtəbəli evdə yanğın olub. Bakı şəhərində birmərtəbəli evdə yanğın olub.

Birmərtəbəli evdə yanğın - Bakıda

Bakı şəhərində birmərtəbəli evdə yanğın olub.

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dəhlizində taxta konstruksiyadan quraşdırılmış rəflər və içərisindəki əşyalar 10 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.