- Köhnə - Hadisə
- 3 İyul 2015 22:54
- 2 393
Minik maşını velosipedçini vuraraq öldürdü

Zərdabda minik maşını velosipedçini vurub.
Rayon polis şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə Zərdab şəhərində baş verib.
Ağcabədi rayon sakini 1975 – ci il təvəllüdlü Piriyev Rövşən Yaqub oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə velosipedçi, rayonun Qoşaoba kənd sakini 1982 – ci il təvəllüdlü Qasımov Tahir Vaqif oğlunu vurub. Nəticədə T. Qasımov aldığı müxtəlif ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
Hadisənin baş vermə səbəbi araşdırılır.