- Köhnə - Hadisə
- 4 İyul 2015 14:31
- 4 217
Qadın dayanacaqda öldü - Bakıda

Bakıda qadın küçədə dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt şosesinin 5-ci kilometrliyində Biləcəri qəsəbəsində qeydə alınıb.
Abşeron rayon sakini, 1951-ci il təvəllüdlü Dostuxanım Xeybər qızı Bağırova avtomobil dayanacağında ürək çatışmazlığından ölüb.