Ötən gecə Ələt-Astara yolunda baş vermiş avtomobil qəzasında iki gənc həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb. Ötən gecə Ələt-Astara yolunda baş vermiş avtomobil qəzasında iki gənc həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb.

Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər - FOTO

Ötən gecə Ələt-Astara yolunda baş vermiş avtomobil qəzasında iki gənc həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb.



AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, qəza saat 00:30 radələrində Ələt-Astara avtomobil yolunun 38-ci km-də, Salyan rayonunun Xalac kəndi ərazisində baş verib.

Bakı şəhər sakini, 39 yaşlı Rəhman Çoban oğlu İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla Salyan rayonu Şəkərli kənd sakini, 19 yaşlı Mirteyyub Elxan oğlu Əhmədovun idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə Mirteyyub Əhmədov və sərnişini - 19 yaşlı Təbriz Vüqar oğlu Heydərov yerindəcə həlak olublar.

Digər avtomaşının sürücüsü Rəhman İsmayılov və sərnişinləri - Bakı şəhər sakini Firuz Bilal oğlu Qələmzadə və Şəki sakini Sadıqov Zaur Muxtar oğlu aldıqları xəsarətlər nəticəsində Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır.

Şəkərli kənd sakinlərinin verdikləri məlumata görə, 19 yaşlı Mirteyyub Əhmədov atasının xəbəri olmadan onun avtomaşınını qaçırıb. Həmyaşıdı 19 yaşlı Təbrizi də özü ilə götürüb.

Digər "Mercedes"də olan üç nəfər isə keçmiş tələbə yoldaşı olublar. Dostlar BDU-da onlarla birgə oxumuş Xələc kənd sakini olan dostlarıgildən qayıdırmış.

Faktla bağlı yol polisi idarəsi tərəfindən araşdırma aparılır.
image description image description image description image description