Bu gün partlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodunun direktoru Usubağa Məmmədov “Yeni Müsavat” əməkdaşının suallarını cavablandırıb. Bu gün partlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodunun direktoru Usubağa Məmmədov “Yeni Müsavat” əməkdaşının suallarını cavablandırıb.

Partlayış olan zavodun direktoru danışdı - “Qəsdən ola bilməz”

Bu gün partlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodunun direktoru Usubağa Məmmədov “Yeni Müsavat” əməkdaşının suallarını cavablandırıb.


AzNews.az-ın məlumatına görə, U.Məmmədov deyib ki, hazırda araşdırma aparılır:

Burada mətbuatlıq bir iş yoxdur. Bu işlə məşğul olan bütün orqanlar buradadır. Axşam müvafiq orqanlar məlumat verəcək.

- Partlayışın qəsdən törədilməsi haqda məlumatlar doğrudurmu?

- Yox, qəsdən ola bilməz.

- Partlayış baş vermiş sexdə vəhhabilərin çalışması haqda məlumat var. Bu məlumat nə dərəcədə doğrudur?

- Onu araşdıracaqlar. Sadəcə qısaqapanma olub. Kiçik (5-in 6-ya olan) yerdir.

- Hadisə zamanı neçə nəfər ölüb, neçə nəfər yaralanıb?

- Mən özüm qarışıq 19 nəfər, "uqar" tutub bizi. 1 nəfər rəhmətə gedib.

- Rəhmətə gedən kimdir? Ölümünün səbəbi nədir?

- 1985-ci ildən bizdə işləyirdi. 30 ildir ki, burda çalışırdı. Allah rəhmət eləsin.

- Zavodda, həmin o 3-cü sexdə nə baş verib?

- Ancaq yanğın olub, yanğın.

- Yanğının səbəbi nədir?

- Yanğın olub da. Evdə yanğın nədən baş verir? Yanğın olub, zəhərləniblər. Orada sexdə stol, stul yanıb.

- Sexdə stol, stullar nədən alışıb?

- Sonra danışarıq, deyərəm...