FHN iki azyaşlı uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb FHN iki azyaşlı uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb

Ağdamdakı yanğınla bağlı rəsmi açıqlama

FHN iki azyaşlı uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb




AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı ev sahibinin 2 azyaşlı uşağı vəfat edib. Yaxınlıqdakı tikililər yağından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.