PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub. PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub.

PKK Naxçıvan yolunda TIR yandırdı - FOTO

PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub.


Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə İğdırın Karakoyun rayonunun Taşburun bələdiyyəsində baş verib.

İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana sərhəd keçid məntəqəsi olan Dilucuya gedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar.

Daha sonra onlar eyni yoldan keçən qara rəngli avtobusa minərək hadisə yerindən qaçıblar.

Yanan maşının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alov söndürüləndən sonra TIR yararsız hala düşüb.
Yanğına görə magistral yol bir müddət bağlı qalıb.

PKK-çıların yaxalanması üçün təhlükəsizlik qüvvələri əməliyyata başlayıblar. Şahidlərin sözlərinə görə, qara maskalı terrorçular maşını yandırarkən havaya atəş də açıblar.



Yanan maşın dəmir yığınına dönüb

Qeyd edək ki, terror təşkilatı olan PKK müntəzəm olaraq Türkiyədə bənzər terror aktlarına əl atır. Belə ki, terrorçular ölkədə stabilliyi pozmaq üçün aksiyalar keçirir, hərbçilərə hücumlar təşkil edirlər.

Türkiyənin daxilində müstəqil dövlət qurulmasına çalışan PKK-nı 1978-ci ildə Abdullah Ocalan yaradıb. O, illər öncə Türkiyə hökuməti tərəfindən həbs edilib. 1990-cı illərdə PKK müstəqillik tələbindən geri çəkildiyini deyib, əvəzində mədəni və siyasi muxtariyyətə çağırıb, lakin eyni zamanda mübarizəni də davam etdirib.