Bakıda 54 yaşlı kişi intihara cəhd edib. Bakıda 54 yaşlı kişi intihara cəhd edib.

Ailə problemlərinə görə özünü dənizə atdı - Bulvarda

Bakıda 54 yaşlı kişi intihara cəhd edib.


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Astara rayon sakini, 1961-ci il təvəllüdlü Əzizov Əbdül Taryel oğlu Dənizkənarı Milli Park ərazisində özünü dənizə atıb.

Hadisə şahidlərinin müraciətindən sonra olay yerinə FHN-in xilasediciləri cəlb edilib və 54 yaşlı kişi sudan çıxarılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, Ə.Əzizov ailə problemləri səbəbindən həyatına qəsd edib.

Araşdırmalar davam etdirilir.