Bu gecə Qubada baş verən qəzada yanaraq kül olan maşının sahibinin kimliyi müəyyənləşib. Bu gecə Qubada baş verən qəzada yanaraq kül olan maşının sahibinin kimliyi müəyyənləşib.

Cavid Qurbanovun qardaşı oğlu qəzaya düşdü - “Range Rover” kül oldu – VİDEO (Yenilənib)

Bu gecə Qubada baş verən qəzada yanaraq kül olan maşının sahibinin kimliyi müəyyənləşib.


AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Range Rover" markalı maşının sahibi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun qardaşı, Abşeron Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin oğlu olub.

"Range Rover" markalı avtomobillə hərəkətdə olarkən yolun sağında dayanan "VAZ – 2107" markalı avtomobilə çırpılıb. Daha sonra polis rəisinin oğlu sənədlərini götürmək üçün maşınına yaxınlaşıb. Həmin anda "Range Rover" qəflətən yanmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, Ş. Şəmşirlinin oğlu son anda ölümdən xilas olub. Belə ki, o, maşından uzaqlaşmamış avtomobil partlayıb.

Qeyd edək ki, "VAZ – 2107" markalı maşında heç kim olmayıb. İlkin ehtimala görə, qəzaya "Range Rover"in yüksək sürətlə hərəkət etməsi səbəb olub.

***
09:15

Bu gecə Qubada ağır yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə Qubada Xəzər marketin qarşısında baş verib. Yüksək sürətlə hərəkət edən "Range Rover" markalı maşın "VAZ 2107" ilə toqquşaraq alışıb.

"Range Rover" tamamı ilə yanıb, "VAZ 2107" isə yararsız vəziyyətə düşüb.

Xatırladaq ki, digər oxşar hadisə avqustun 2-də Bilgəh-Nardaran yolunda baş vermişdi. Beynəlxalq yarışların qalibi, taekvandoçu Fəqan Umudov idarə etdiyi "Range Rover"lə ağır qəza törətmişdi. Hadisə nəticəsində iki avtomobilə ziyan dəymiş, maşınlardan biri "ZAZ" (Zaporojes) sürücüsü ilə birlikdə yanaraq kül olmuşdu.

AzNews.az hər iki hadisənin videogörüntüsünü təqdim edir:






Rövşən
AzNews.az