23 yaşlı gənc 80 yaşlı kişini öldürdü

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində Ağsu - Kürdəmir - İmişli yolunun 29-cu kilometrliyində, Kürdəmir rayonunun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Şıxımlı kənd sakini, 23 yaşlı Məmmədov Coşqun Nurəhməd oğlu idarə etdiyi "VAZ - 21041" markalı minik maşını ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Ağsu rayon sakini, 80 yaşlı Qurbanov Sədulla Mövsüm oğlunu vurub. Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırılır.