Ana və azyaşlı qızı itkin düşdü - Salyanda

Salyan sakini həyat yoldaşını və qızını axtarır.


AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan rayonunun I Varlı kənd sakini Aslan Əsədov 27.08.2015-ci il tarixdə rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı, 02.06.1994-cü il təvəllüdlü Xanpəri Hüseynovanın azyaşlı qızı - 13.02.2015-ci ildə anadan olmuş Nuray Əsədovanı özü ilə götürüərək cari il avqustun 23-də saat 15:00-16:00 radələrində evdən xəbərsiz çıxaraq getdiklərini, bir daha geri qayıtmadıqlarını bildirib. Evdən çıxan zaman Xanpəri şəxsiyyət vəsiqəsini və uşağa aid geyim əşyalarını da götürüb.

X.Hüseynovanın xarakterik əlamətləri aşağıdakılardır: boyu təqribən 175 santimetr, orta bədən quruluşludur. Qara uzun saçlı, yumru sifətli, qara qalın qaşlı, gözlərinin rəngi qəhvəyidir, çənəsində qara xalı var. Əynində qara rəngli yubka və qara yay köynəyi, ayağında isə sabo olub.

X.Hüseynovanı və qızı Nurayı görənlərdən və ya itkin düşmüş bu şəxslər haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, (050) 974-65-02, (050) 341-49-64 nömrəli mobil və (021) 255-51-83 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.