Qəbiristanlıqda intihar

Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan bildirilib.

Hadisə bu gün səhər saatlarında rayonun Yeni Suraxanı qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Tofiq oğlu Orucov özünü ağacdan asaraq intihar edib.

Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


AzNews.az