Daşkəsəndə döyülmə faktı qeydə alınıb. Daşkəsəndə döyülmə faktı qeydə alınıb.

48 yaşlı kişini toyda döydülər - Xəstəxanaya yerləşdirildi

Daşkəsəndə döyülmə faktı qeydə alınıb.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Dəstəfur kənd sakini, 1967-ci il təvəllüdlü Babək Sadıqov qapalı kəllə-beyin travması, alın-təpə nahiyəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin xəsarəti əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. B. Sadıqov bildirib ki, kənddə keçirilən toy mərasimində şəkil çəkdirmək üstündə dava düşüb və bir neçə nəfər onu döyüb.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.