Azərbaycanlı idmançı terrora görə saxlanıldı - Ukraynada

Ukrayna sərhədçiləri terrora görə İnterpol xətti ilə axtarışda olan azərbaycanlını Kiyev aeroportunda saxlayıblar.


APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbər görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"İnterpol xətti ilə axtarışda olanların tutulması məqsədilə "Borispol" aeroportunda həyata keçirilən tədbirlər zamanı sərhədçilər "Kiyev" nəzarət-buraxılış məntəqəsində Azərbaycan vətəndaşını saxlayıblar. O, "terror" cinayətinə görə beynəlxalq axtarışda olub", - deyə məlumatda bildirilir.

Ukrayna Təhlüksəzilik Xidmətinin "Borispol" aeroportu üzrə bölməsindən APA-ya verilən məlumata görə, saxlanan şəxs 21 iyun 1986-cı ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Valeh Cavanşir oğlu Əmirəliyevdir.

O, Rusiyadan Ukraynaya gəlib, Türkiyəyə uçmaq istəyərkən saxlanılıb.

Rusiyanın terror cinayətinə görə axtarışa verdiyi, universal döyüş üzrə Avropa çempionu V. Əmirəliyev Ukrayna polisinə təhvil verilib.

Onun terror cinayətində təqsirli bilindiyi qeyd olunsa da, konkret hansı əməlləri törətdiyi açıqlanmır.