Bu dəqiqələrdə Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. Bu dəqiqələrdə Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.

Azerbaycanda məmur özünü asdı

Bu dəqiqələrdə Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.

AzNews.az-ın Azadinform-a istinadən verdiyi məlumata görə, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu işlədiyi idarənin binasında intihar edib.

İdarənin işçiləri rəis otağının qapısının uzunmüddətli bağlı olduğunu görüblər. Onlar əlaqə yaratmaq mümkün olmadıqda qapını qıraraq içəri daxil olublar və İlkinin asılmış vəziyyətdə olan meyiti ilə rastlaşıblar.

Yerli sakinlərin sözlərinə görə, Ağayev İlkin 1980-ci il təvəllüdlüdür. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunur.

3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağayev İlkin Biləsuvarda çox tanınmış olan Seyid Sənayənin nəvəsidir.