Gəncədə 2 avtomobil toqquşaraq yararsız vəziyyətə düşüb. Gəncədə 2 avtomobil toqquşaraq yararsız vəziyyətə düşüb.

İki maşın toqquşdu - Xəsarət alan var

Gəncədə 2 avtomobil toqquşaraq yararsız vəziyyətə düşüb.


AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində baş verib. Şəhərin Nizami prospekti ilə Hacı Əli Hüseynzadə küçəsinin kəsişməsində "VAZ 21015" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə zamanı VAZ-da olan sərnişin ayağından yüngül xəsarət alıb. Xəstəyə hadisə yerində yardım göstərilib.

İşıqforlu yolayrıcında qeydə alınan hadisə zamanı hər iki maşın istifadəyə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.