- Köhnə - Hadisə
- 29 Sentyabr 2015 17:47
- 3 510
Zərdabda 71 yaşlı kişi intihar etdi

Zərdabda intihar hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində qeydə alınıb. Rayon sakini, 1944-cü il təvəllüdlü Ağayev Bülbül Sotanhəmid oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.