Qızıllar Türkiyədən Azərbaycana gizli yolla gətirilmiş Qızıllar Türkiyədən Azərbaycana gizli yolla gətirilmiş

Külli miqdarda qızıl-zinət əşyaları aşkarlandı

Qızıllar Türkiyədən Azərbaycana gizli yolla gətirilmiş



Türkiyədən Azərbaycana gizli yolla gətirilən külli miqdarda qızıl-zinət əşyaları aşkarlanıb. Dövlət Gömrük Komitəsindən bildiriblər ki, Tovuz Gömrük idarəsinin "Sınıq Körpü" postunda Türkiyədən azərbaycana sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Nazilə Veysəlovanın üzərində şəxsi yoxlama zamanı ümumi çəkisi 240 qram olan zinət əşyaları - 47 ədəd üzük, 30 cüt sırğa və 3 ədəd qolbağ gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilib. Faktla bağlı təhqiqat aparılır.

AzNews.az