Evdə partlayış - Sahibi və qızı xəsarət aldı

Bakı şəhərində yanğın baş verib.


AzNews.az FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb, partlayışın təsirindən evin damı və divarı uçub.

Yanğın zamanı ev sahibi və qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.