Bakının Xəzər rayonunda qeyri-adi “ölüb-dirilmə” hadisəsi baş verib. Bakının Xəzər rayonunda qeyri-adi “ölüb-dirilmə” hadisəsi baş verib.

Bakı həkimlərindən kobud səhv - Diri adamı morqa saldılar

Bakının Xəzər rayonunda qeyri-adi “ölüb-dirilmə” hadisəsi baş verib.


1news.az-ın məlumatına görə, 57 yaşlı Ç.M. (adı etik normalara görə açıqlanmır) spirtli içki qəbul etdikdən sonra elə küçədə yuxuya gedib.

Yoldan keçənlər təcili yardım çağırıblar, kişi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində xəstəxanaya çatdırılıb. Orada kişinin öldüyünü bildirərək onun cəsədini morqa göndəriblər.

Amma Ç.M. morqda özünə gəlib. İlk olaraq o, dostuna zəng edərək sağ olduğunu bildirib.

"O biri dünyadan zəng" alan dostu şoka düşüb. Həkimlər kişini reanimasiya şöbəsinə yatırıblar, hal-hazırda orada müalicəsini davam etdirir. (oxu.az)