40 yaşlı qadın özünü dənizə atdı

Xaçmaz rayonunda intihara cəhd hadisəsi baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xaçmazın Niyazabad kəndində qeydə alınıb. Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Hüseynova Nəzakət Mehdi qızı özünü dənizə atıb. Onu Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları xilas edib. N.Hüseynova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona alkoqol sərxoşluğ diaqnozu qoyulub. Hazırda xəstənin vəziyyəti stabildir.

Faktla bağlı araşdırmalar davam etdirilir.